“Grandmart” mağazalar şəbəkəsi də “Johnson&Johnson” məhsullarını satışdan çıxarıb

“Grandmart” mağazalar şəbəkəsi də “Johnson&Johnson” məhsullarını satışdan çıxarıb
SOSİAL
19:18 01.11.2020
708
"Grandmart” mağazalar şəbəkəsi "RAHAT” supermarketlər şəbəkəsi təşəbbüsünü  dəstəkləyərək bütün "Johnson & Johnson” şirkətinin məhsullarını satışdan yığışdırıb.

Oxu.az-ın "Grandmart” mağazalar şəbəkəsindən əldə etdiyi məlumata görə, bu addım "Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb. 

Mərkəzi ABŞ-da yerləşən şirkət rəsmən Azərbaycanın ərazi bütövlütünü dəstəkləyən bəyanatla çıxış etməyənədək "Johnson & Johnson” məhsulları "Grandmart” mağazalar şəbəkəsində satılmayacaq.    

Qeyd edək ki, "Johnson & Johnson” şirkəti rəsmi "Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.

OXŞAR XƏBƏRLƏR