"Gördüklərim məni insanlardan iyrəndirib" - Psixoloq - VİDEO

"Gördüklərim məni insanlardan iyrəndirib" - Psixoloq - VİDEO
SOSİAL
15:43 27.02.2026
373
Klinik psixoloq Mirşahin Əlizadə "Uzun sözün qısası" podkastının qonağı olub.
 
AZXEBER.COM xəbər verir ki, o, açıqlamaları ilə diqqət çəkib.
 
Bir çox ölkələrdə peşəkar fəaliyyəti ilə tanınan Mirşahin Əlizadə bildirib ki, artıq gördüyü heç bir şey onu təəccübləndirmir:
 
"Bir zamanlar məni təəccübləndirən şeylər, indi qətiyyən təəccübləndirmir. Mən çoxlu sayda cinayət, təcavüz  və ya fiziki zorakılıq yaşamış insanlarla qarşılaşmışam. Bu məni çox təəccübləndiridi. Hətta belə deyim ki, gördüklərim və eşitdiklərim artıq məni insanlardan iyrəndirir".
 
Əlizadə şahidi olduğ hadisəni də bölüşüb:
 
"Yaşadığım xarici ölkədə bir xanım var idi, ikinci dəfə ailə qurmuşdu, lakin ondan da ayrılmışdı. Xanımın ikinci dəfə ailə qurduğu şəxs, onun ilk nikahından olan qızına təcavüz etmişdi. Mən belə şeylər görmüşəm və o hadisə məni çox təəccübləndirmişdi. Amma bu son olmadı təbii ki... Daha sonra belə hallarla çox rastlaşdım. Artıq bunlar məni təəccübləndirmir".
 
OXŞAR XƏBƏRLƏR