“Gördüklərimə çox üzülürəm, ürəyim bulanır” - İradə İbrahimova

MAQAZİN
17:48 02.09.2021
846

"Bu həyat seçimlərdən ibarətdir və hər kəsin seçimi özünə özəl, xasdır. İki övladım var və həyatda nəyi nə vaxt, necə seçəcəklər, bilmirəm. Sadəcə bildiyim bir şey var, nə seçərlərsə seçsinlər, ədəblə yaşasınlar. Əxlaq qaydalarına riayət, hədd, sərhəd bu dünyadakı hər kəsə məxsusdur”.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkə hesabında yazıb.

İnstaqramdan aktiv istifadə edən sənətçi son zamanlar əxlaqsızlığın, ədəbsizliyin dəb halına gəldiyini bildirib:

"Həddini aşan aşana. Hər kəs özünə cavabdehdir, amma ədəbilə. İzləməməklə olmur, bəzən beləcə gəlib gündəmdə otururlar. Necə yaşayırsan yaşa, amma ədəbinlə yaşa! Bəzən gördüklərimə də çox üzülürəm və ürəyim bulanır. Ədəbsizlərin mükafatlandırıldığı etibarsız həyatlara üzülürəm…

Təəssüf hissilə yazıram, amma etibar ilə məşhurluq bir-birinə qarışıb. Hamı məşhurdur, amma etibarlı olanı neçə nəfərdir? Əxlaqsızlıq, ədəbsizlik, cahillik dəb ola bilərmı? Çox acı, təəssüf ki, oldu. Bu bir həqiqətdir. Yalnız bildiyim bir həqiqət daha var ki, Allah yaxşı insanları pis insanlarla sınayar, ancaq yaxşıları pislərə yar etməz. Bu yaşıma gəldim və çox şükür əksini görmədim”.

OXŞAR XƏBƏRLƏR