Müğənni Könül Kərimova qızı Ləmanın ailə qurması ilə bağlı söz-söhbətlərə münasibət bildirib.
Sənətçi "Hər şey daxil” verilişində bildirib ki, övladı sevərək ailə qurub:
"Hər şey yazıldı. Məcbur mümkün olan deyildi. Mənim qızım sevgiylə ailə qurdu ki, Ağcəbədiyə getdi”.
Sənətçi aparıcı-prodüser Tarix Əliyevin "Gördün varlıdır, yoxsa deyil. Sonra qızı verdin” sualına belə cavab verib:
"Xeyr, nəsə desəm yozacaqlar. İlk valideynlər istədi. Hər ikisi istəmədi. İki ildən sonra onlar bir-birini gördülər və sevdilər”.