Tarzən Humay Qədimova tamaşaçılar tərəfindən qınandığını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, musiqiçi tamaşaçıların qarşısına müğənni kimi çıxdığı dövrlərdə mənfi reaksiyalar aldığını etiraf edib:
"Dedilər ki, gördün tardan pul çıxmır, başladın oxumağa. Qınaqlar çox oldu. Tamaşaçıları da başa düşürəm. Çünki müğənnilərin sayı həddindən artıq çoxalıb. Həm də tamaşaçı ilk dəfə necə görübsə, elə də qəbul edir. Mənim də əsas ixtisasım tardır" - deyə Humay Qədimova bildirib.
Aysel