Görənləri təəccübləndirən hadisə: Dünyanın ən hündür zirvəsinə çılpaq əllərlə dırmaşdı

Görənləri təəccübləndirən hadisə: Dünyanın ən hündür zirvəsinə çılpaq əllərlə dırmaşdı
DÜNYA
14:51 13.06.2023
166
Cənubi Koreyanın paytaxtı Seulda ağılları kəsən hadisə baş verib.  
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, dünyanın 5-ci ən hündür binası olan Lotte World Tower-ə dırmaşan britaniyalı alpinist alpinist Corc Kinq-TompsonBritaniya vətəndaşları tərəfindən 72-ci mərtəbədə saxlanılıb və nəzarətə götürülüb.

42-ci mərtəbədəki asayiş keşikçisi Tompsonun binanın fasadına qalxdığını gördükdən sonra polisə və yanğınsöndürənlərə məlumat verilib.
 
Hadisəyə müdaxilə edən Songpa Yanğından Mühafizə İdarəsi, şəxsin yerli vaxtla saat 07:56-da binanın fasad baxımı üçün istifadə edilən platformaya aparılaraq xilas edildiyini açıqlayıb. 72-ci mərtəbəyə çıxmağı bacaran 24 yaşlı Tompson yanğınsöndürənlər tərəfindən dayandırıldıqdan sonra polis tərəfindən nəzarətə götürülüb və hadisə ilə bağlı ətraflı araşdırma başlanıb.
 
Qeyd edək ki, sosial media vasitəsilə dünyanın ən uca zirvələrinə dırmaşdığını elan edən Kinq-Tompson 2019-cu ildə ölkəsinin ən hündür göydələni olan The Shard-a dırmaşdıqdan sonra da saxlanılıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR