“Görəsən, mən nə zaman qocalacağam” – 105 yaşlı qadın

MARAQLI
18:24 02.11.2016
2909
İngiltərəli 105 yaşlı qadının həyatı boyunca 23 baş nazir və 4 monarx hakimiyyətdən gedib.
 
Eylin Eş adlı britaniyalı qoca hər gün çaxır içir, açıq sarı rəngli maşın sürür və yoqa ilə məşğul olur. Eylin maşını özünə 90 yaşında alıb, yoqa ilə isə 30 ildir ki, məşuldur. "Yoqa ilə məşğul olmaq, nəinki, mənə fiziki cəhətdən, eyni zamanda mənəvi cəhətdən kömək edir. Mənim əzələlərim ağramır. Özümü çox yüngül hiss edirəm. Düzdür, qidama da fikir verirəm. Düşünürəm, yəqin, bədənim qocalanda ağrayar. Amma nə zaman qocalacağımı bilmirəm”, – deyə Eylin gülərək bildirib.
OXŞAR XƏBƏRLƏR