Görkəmli aktyor Füzuli Hüseynov TAİB-ə üzv oldu - FOTOLAR

Görkəmli aktyor Füzuli Hüseynov TAİB-ə üzv oldu - FOTOLAR
SOSİAL
23:54 08.04.2025
666
Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in mərkəzi ofisində təşkilatın növbəti  tədbiri keçirilib.

Belə ki, bir müddət əvvəl  TAİB-ə üzv olmaq üçün müraciət edənlərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirdə TAİB-in  sədr müavini Eyvaz Hünbətov çıxış edərək təşkilatın fəaliyyətindən və ağsaqqalların cəmiyyətdə baş verən proseslərdə yaxından iştirakından, gənclərin vətənpərvərlik ruhunda yetişməsi üçün gördüyü işlərdən söhbət açıb.TAİB sədri bildirib ki, bu gün tanınmış ziyalıları, məşhur insanları ətrafına toplayan təşkilat üçün bu hal qürurvericidir. Bu gün  həm ölkənin, həm də türk dövlətlərinin ziyalı təbəqəsi TAİB-in fəaliyyətinə böyük maraq göstərir və üzvlüyə qəbul olunmaq üçün müraciət edirlər.

Tədbirdə daha sonra Azərbaycanın görkəmli teatr xadimi Füzuli Hüseynova təşkilatın  üzvlük vəsiqəsi təqdim olunub. Eyni zamanda,  Azərbaycanın  görkəmli sənətkarı Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələrinə də TAİB-in Gənclər Təşkilatının üzvlük vəsiqələri verilib.

Görkəmli sənətkar Füzuli Hüseynov təşkilatın üzvü olmasından məmnunluğunu ifadə edərək, öz növbəsində TAİB-in fəaliyyətinə töhfələr verəcəyindən əminliyini dilə gətirib.

Çıxış edən TAİB Mədəniyyət Komitəsinin rəhbəri,  görkəmli sənətkar Aybəniz Haşımova  təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyini deyib və icra olunacaq xüsusi əhəmiyyətə malik layihələrdə daima yaxından iştirak edəcəyini, xüsusi töhfələr verəcəyini söyləyib.

TAİB-in yeni üzvləri qeyd ediblər ki, TAİB-in vəsiqəsini daşımaq onlar üçün şərəflidir.

TAİB sədri Eyvaz Hünbətov sonda yeni üzvülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 
///Missiya.Az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
20:07 21.06.2025
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb
19:54 21.06.2025
İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
19:45 21.06.2025
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
19:34 21.06.2025
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
19:20 21.06.2025
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
19:09 21.06.2025
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
19:06 21.06.2025
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
18:59 21.06.2025
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
18:46 21.06.2025
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
18:37 21.06.2025
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
Cekson görünüşünə görə kompleks yaşayırmış
18:18 21.06.2025
Cekson görünüşünə görə kompleks yaşayırmış
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
18:05 21.06.2025
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
17:57 21.06.2025
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
17:53 21.06.2025
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
17:42 21.06.2025
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
Qabiliyyət imtahanlarına start verildi
17:33 21.06.2025
Qabiliyyət imtahanlarına start verildi