Görkəmli rejissor Vaqif İbrahimoğlunun doğum günüdür

MƏDƏNİYYƏT
14:18 18.10.2013
1501

Bu gün novator teatr və kino rejissoru Vaqif İbrahimoğlunun doğum günüdür.

AZXEBER.COM xəbər verir ki, Vaqif İbrahimoğlu 1949-cu il oktyabrın 18-də Bakının Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə institutu bitirib. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib. Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən “YUĞ” Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 1992-ci ildə “YUĞ” Teatr-Studiyası dövlət statusu alıb. Vaqif İbrahimoğlu “YUĞ” teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş verib. 1991-ci il mayın 22-də Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi “Qızıl Dərviş” mükafatı laureatı olub. ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alırdı. Vaqif İbrahimoğlu 2011-ci mayın 12-də Bakıda vəfat edib.

 

OXŞAR XƏBƏRLƏR