AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə deyib. Sənətçi ailələrdə hədiyyəyə görə yaranan problemlərdən bəhs edib:
"Bizim insanlardan hər gün bir söz eşitməsən qulaq uzanar. Necə cahil insanlar var. Savadsız cəmiyyətdə yaşayırıq, yaxşılardan uzaq. Deməli, kişin sənə hədiyyə almayacaqsa, başqası alacaqsa, gedəcəksən onun yanına? Bu sənə hədiyyə verəcək, müqavilində sən də nəsə verəcəksən. Bu, ailə deyil axı. Qalırsan küçələrdə.
Bəzi kişilərə deyirəm, arvadınıza hədiyyə alsanız, nümyiş etdirməyin. Birinə almırlar. Qoyun, o qadınlar pərt olmasın. Kişilər qadın qarşısında pis olmasın. Nə alırsınızsa, evinizdə qalsın. Kişi var villa alır, amma göstərmir. Göstərənlər görməmişdir".








































