"Görsəydilər ki, o, necə bir sanitar qovşağıdır..." - Başçının müavinindən gülünc açıqlama

SOSİAL
13:49 06.05.2016
1621

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” ilə 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağı tikilib və ictimaiyyətininxidmətinə verilib. Sanitar qovşağınınaçılışında hətta Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev də iştirak edib.

Lakin başçının tədbirdə iştirakı cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Bəzi KİV və sosial şəbəkə iştirakçıları bu açılışa müxtəlif cür reaksiya veriblər. KİV-in xəbər başlıqları daha çox “İcra başçısı tualetin açılışını keçirdi (tualet açılışında iştirak etdi)” formasında olduğu kimi, sosial şəbəkə istifadəçiləri də oxşar statuslar və rəylərlə məsələyə emosional,bir az satirik, bir az dagülüş obyekti kimi yanaşıblar.

Beyləqan
Beyləqan rayon icra hakimiyyətinin başçısı sanitar qovşağın açılışında

Burada tədbir zamanı rəmzi qırmızı lentin kəsilməsi də diqqətçəkən məqamlardan biri kimi insanların marağına səbəb olub. Kəsilən lentdən də bu layihənin nə qədər vacib olduğu görünür. Yaponiya kimi dövlətin bir layihəyə minlərlə dollar ayırması zarafat deyil. Məktəblərdə sanitar normaların və gigiyenanın səviyyəsi burada uşaqlara verilən biliklər qədər vacibdir. Ən azından müzakirə predmetigələcək nəslin sağlamlığıdır.

Ancaq bütün bunlarıvə insanlarda yaranan "yanlış" fikirləri aradan qaldırmaq üçün yerli strukturdan da bir açıqlama olmalıdır axı...Layihənin icra olunması haqda press-relizdə belənədənsə bu işin mahiyyətinə diqqət ayrılmamışdır. Ola bilsin ki,məktəblilərin əllərində bayraq və plakatlarla qatıldığı bu tədbirdə sanitar qovşağın tikilməsinə niyə bu qədər önəm verilməsi haqda söhbət açılıb. Şagirdlərin əllərində tutduqları plakatda yazılanlar bu fərziyələri təsdiqləyir.

Layihənin bu vacib mahiyyəti haqda yerli KİV-də bir məlumat olmadığından Beyləqan İcra Hakimiyyəti ilə əlaqə saxladıq ki, onlar məsələnin nə qədər ciddi olduğu haqda bir daha açıqlama versinlər, bu dəfə İcra hakimiyyətinin bu təşəbbüsünü yanlış başa düşənlər üçün.

Lakin rayon icra hakimiyyətininbaşçısının 1-ci müavini Telman Məstanovun məsələyə reaksiyasıheç də gözlədiyimizkimi olmadı.

T. Məstanov əsəbi şəkildə bildirdi ki, KİV-in və ictimaiyyətin belə yüksəksəviyyəli sanitar qovşağın açılışında başçının iştirakına verdiyi reaksiyanı başa düşə bilmir: “Bu çox yüksək səviyyəli sanitar qovşağıdır. Başçının iştirakına belə reaksiyanı anlaya bilmirəm. Bu söhbəti etmək ayıbdır. Sanitar qovşağınıbu şəkildə (tualet kimi) təqdim edən adamlar görsəydi ki, o, necə bir qovşaqdır, məsələyə belə münasibət bildirməzdilər”. Bax belə...İndi internet istifadəçiləri gülməsin nə etsin? Telman Məstanovun məsələyə bu cür münasibət bildirməsi, rayonrəhbərliyinin o tədbirdə nə üçün iştirak etdiklərinin özlərinin belə anlamamasını düşünməyə vadar edir. Deməli rayonda"yüksək səviyyəli tualet" tikilib və rəhbərlik bütün"yüksək səviyyəli tədbirlərdə" iştirak etdiyi kimi bu tədbirə qatılmağı daözünə borc bilib.

Cənab Məstanovun “görsəydizki, o, necə bir qovşaqdır” formasında cavabı sosial şəbəkə və jurnalistlərin hardasa haqqlı olduğunu göstərir. Odur ki, gülümsəyin, cənablar... /// anspress

OXŞAR XƏBƏRLƏR