Görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq

Görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
SOSİAL
20:37 05.05.2026
214
Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

AZXEBER.COM Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 6-da rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması ehtimalı var.

Belə ki, sabah magistral yollarda görünüş məsafəsinin dumana görə 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR