“Görünüşcə “bomj”a oxşasa da…”

MAQAZİN
12:14 04.12.2018
2635
Müğənni Zamiq Hüseynov gözlənilən "Özü bilər” adlı yeni klipini təqdim edib. 

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki,  üç gündür MTV Azərbaycan kanalında yayımlanan layihə bu gün sənətçinin "Youtube” səhifəsinə yerləşdirilib. 

Zamiq sözləri və musiqisi MC Murada məxsus mahnını reper Elşad Xose ilə duet şəklində ifa edib. Sənətçinin müzakirələrə səbəb olan layihəsinin rejissoru Şahin Qurbanovdur. 

Zamiq bir neçə həftədir ki, danışılan obrazından söhbət açıb.  O, klipdə "bomj” yox, küçə musiqiçisini canlandırdığını qeyd edib:

"Dünyanın müxtəlif ölkələrində küçə musiqiçisi ilə məşğul olanlar var. Hansı ki, həmin şəxslər arasında populyar olanlar,hətta albomları belə satışda olanlar var. Mənim də canlandırdığım küçə musiqiçisi kənardan baxımsız, kasıb obraz kimi görsənsədə, lakin həyata bağlı, musiqi ilə yaşayan,öz görünüşündən, sürdüyü həyatdan razı və xoşbəxt bir obrazıdır.

 


Yəni, həyatını özü bildiyi kimi yaşayır, xarici görünüşcə "bomj”a oxşasa da, daxilən gözəl və zövqlüdür. Hətta klipdə bir kadr var ki, musiqiçi güzgüyə baxır və özünü yaraşıqlı,gözəl geyimli Zamiq Hüseynov kimi görür. Fikirləşdim ki, illərdir Zamiq baxımlı, rəngarəng və xanımların əhatəsində kliplər çəkdirir. Bu mahnını eşidən kimi fərqli bir obrazı canlandırmaq istədim. Bundan sonra da özümü maraqlı rollarda sınayacam”. 

Zamiq açıqlamasında qeyd edib ki, ekran işinin çəkilişləri 48 saat davam edib: "Klipi iki gün ərzində çəkdik. Deyərdim ki, bu klipim üzərində böyük bir kamanda çalışıb. 18 nəfər aktyordan ibarət olan bu layihə fərqli məkanlarda çəkildi, iki gün gecə saatlarınadək davam etdi. Sonunda "Özü bilər” adlı bəyəndiyim bir layihə ortaya çıxdı. İndi isə klipimi sizin öhdəliyinizə buraxıram”. 

Bu məqamda bildirək ki, sənətçinin tərəf müqabili Elşad Xose layihədə sürücü obrazını canlandırıb.
 







OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:24 14.07.2020

XİN: Ermənistan bütün qanunsuz əməllərin cavabını verəcək

23:38 13.07.2020

Qənirə Paşayeva cəbhədəki gərginlikdən yazdı: "Diplomatik uğurlarımız Ermənistanı ciddi narahat edir"

23:12 13.07.2020

TƏBİB koronavirusla bağlı son məlumatı açıqladı

22:41 13.07.2020

Ukrayna XİN: “Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” - BƏYANAT

22:35 13.07.2020

Çavuşoğlu: “Can Azərbaycana canımız fəda” - VİDEO

22:13 13.07.2020

Gənclərin koronavirusa daha həssas olduğu üzə çıxdı

21:24 13.07.2020

Ermənilərin 20 nəfərdən çox şəxsi heyəti darmadağın edildi - VİDEO

20:37 13.07.2020

Ermənilərin atdığı top mərmisi bu evə düşüb

19:53 13.07.2020

Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO

19:47 13.07.2020

ATƏT Minsk qrupu həmsədrləri: Qarabağda gərginləşməyə yol vermək olmaz

19:31 13.07.2020

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı