Mühüm görüşün İran prezidentinin səhhətindəki problemlər səbəbilə sabah baş tutacağı bildirilib
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İran prezidenti Mahmud Əhmədinejatla bu gün axşama planlaşdırılan görüşü təxirə salınıb.
Görüşün Əhmədinejatın səhhətindəki problem səbəbilə təxirə salındığı və sabah günorta baş tutacağı bildirilib.
Ərdoğan İran səfəri çərçivəsində İslami Məşvərət Məclisinin rəhbəri Əli Laricani ilə görüşüb, İslam Konfransı Təşkilatının İrandakı ofisinə baş çəkib.