Görüşə gələn vəkil qanunu pozdu

KRİMİNAL
15:10 19.11.2013
1631

Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, noyabrın 19-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Dadaşov Emil Rafail oğlunun hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 1 saylı hüquq məsləhətxanasının vəkili Mustafayev Rafiq Həmid oğlu onunla görüşə gələrkən müəssissənin Nəzarət Buraxılış Məntəqəsində xidmət edən əməkdaşlar tərəfindən xəbərdar edilməsinə baxmayaraq, ona məxsus əl çantasından içərisində "Sim" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, Emil Dadaşov Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə); 177.2.2 (Oğurluq; təkrar törədildikdə); 177.2.3 (Oğurluq; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə); 177.2.4 (Oğurluq; xeyli miqdarda ziyan vurmaqla törədildikdə); 177.3.2 (Oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə); 181.2.2 (Quldurluq; təkrar törədildikdə); 185.2.1 (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə); 228.4 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə; Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 326.2-ci (Rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə; Vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə təqsirli bilinərək Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qərarı çıxarılıb.(TREND)

OXŞAR XƏBƏRLƏR