“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
İQTİSADİYYAT
14:38 26.04.2024
470
Azercell-in ev sahibliyi etdiyi "M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək "GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbir rəqəmsal transformasiyanın gücü,  süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuların müzakirəsi üçün əla platforma rolunu oynayacaq. Konfransa qatılan beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri bu proseslərin sürətləndirilməsi üçün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyətini bir daha vurğulayacaqlar.

"M360 Eurasia 2024” çərçivəsində süni intellektin rəqəmsal dünyanın bütün sahələrində geniş tətbiqi, onun innovasiya üçün açdığı yeni perspektivlər barədə danışılacaq. Eyni zamanda, bu texnologiyanın məlumat məxfiliyi və təhlükəsizliyin təmin edilməsi  kimi istiqamətlərdə yaratdığı çağırışlar da müzakirə olunacaq.  Bu keçidin həm  biznes, həm də cəmiyyət üçün ən faydalı şəkildə reallaşdırılması yolları ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirdə Rəqəmsal DNT (Digital DNA) mövzusu çərçivəsində yeni dövrdə uğur əldə etmək üçün lazımlı bacarıq və qabiliyyətlər, rəqəmsal savadlılığın artırılması üçün sektorlar arası əməkdaşlığın vacibliyi gündəmə gətiriləcək.  

COP29 ərəfəsinə təsadüf edən bu konfransda ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri haqqında da danışılacaq. Bu sessiyada rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf və sıfır karbon emissiya məqsədlərinə nail olmaq üçün bütün sektorlar arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanacaq. Qlobal telekommunikasiya liderlərinin bu hədəfə çatmaq üçün  gördüyü işlər,  rəqəmsal innovasiyaların ətraf mühitin dayanıqlığına verdiyi töhfə barədə danışılacaq.
Tədbirdə telekommunikasiya şirkətlərinin innovativ B2B həlləri vasitəsilə bizneslərin rəqəmsallaşma prosesinə müsbət təsiri, onlar üçün yaratdığı yeni gəlir istiqamətləri gündəmə gətiriləcək. Dəvət olunan məruzəçilər arasında AWS, e&, Google, Microsoft və s. kimi böyük şirkətlərin nümayəndələri var.

Qeyd edək ki, ötən il Bakıda baş tutan M360 tədbirində dünyanın 29 ölkəsindən nümayəndələr iştirak edib. Bu il də  konfransda  geniş təcrübəyə malik sənaye liderlərinin bir araya gəlməsi  gözlənilir.

"JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq tədbirdə iştirak etmək istəyən hər kəs GSMA M360 Eurasia  səhifəsində qeydiyyatdan keçə bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
08:10 17.10.2026
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
08:03 17.10.2026
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
07:52 17.10.2026
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
07:28 17.10.2026
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?