6 mart 2016-cı il tarixində, 1932-ci ildən fəaliyyət göstərən, şüşə istehsalı və sənayesi üzrə dünyanın ən aparıcı şirkətlərindən biri, mənzil qərərgahı ABŞ-da yerləşən və dünyanın bir çox ölkəsində nümayəndəlikləri olan “Guardian Industries” şirkətinin Türkiyə nümayəndəliyi Azərbaycanın və regionun istehsal və sanəye üzrə aparıcı iş adamlarının iştirakı ilə Hilton Hoteldə ilk ixtisaslaşmış təqdimat mərasimi keçirib.
AZXEBER.COM-un məlumatına görə, keçirilən təqdimatda, əsasən “Guardian Industries” şirkətinin dünyada və regionda şüşə istehsalı sənayesində özünə məxsus yer tutması, müasir standartlara cavab verən şüşə məmulatlarının hazırlanması ücün, yüksək texnoloji üstünlüklərindən söhbət açmışdır.
Əvvəlcə təqdimatı giriş sözü ilə açan “Guardian Industries” şirkətinin Azərbaycan və Orta Asiya üzrə regional meneceri Xəyal Cəfərli tədbirdə iştirak edən çox saylı iş adamlarını, ixtisaslaşmış menecerləri və digər qonaqları salamlayaraq, şirkətin dünyadakı mövqeyindən, şüşə sənayesinin tarixindən və şirkətin regiondakı istehsalatı və satış potensiyalından bəhs etmişdir.
Tədbirdə çıxış edən “Guardian Industries” şirkətinin Türkiyə və Orta Asiya nüyəndəliyinin regional Baş direktoru Mustafa Akca isə şüşə sənayesinin inşaat sektorundakı rolu, bazardakı pay həcmi və gələcək inkişaf perpektivlərindən bəhs edərək, bu sahənin xüsusi incəliklərindən söhbət açmışdır.
Növbəti çıxışı “Guardian Industries” şirkətinin Rusiya nümayəndəliyinin Texniki məsləhət departamentinin rəhbəri xanım Anna Barderonko etmişdir. Ekspert, şüşə istehsalının texniki anlayışı, onun sənayedə istifadəsi və lazımlılığı bəradə tədbir iştirakçılarına ətraflı məruzə etmişdir.
![](/file/pic/xeber/2016-03-17/13362.jpg)
![](/file/pic/xeber/2016-03-17/13363.jpg)
![](/file/pic/xeber/2016-03-17/13365.jpg)
![](/file/pic/xeber/2016-03-17/13368.jpg)
![](/file/pic/xeber/2016-03-17/13372.jpg)
![](/file/pic/xeber/2016-03-17/13375.jpg)
![](/file/pic/xeber/2016-03-17/13377.jpg)