Güclü daşqınlara görə iki ölkə arasında münaqişə yarandı

DÜNYA
15:28 22.08.2024
149
Hindistan və Banqladeşdə güclü daşqınlarda 15 nəfər həyatını itirib, minlərlə insan zərər çəkib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hindistan Meteorologiya İdarəsi məlumat yayıb.

Mövcud fəlakətlə əlaqədar minlərlə insan 300-dən çox yardım düşərgəsinə aparılıb.
 
Banqladeşin şərqindəki bir çox bölgə dağılıb, xüsusilə Komilla , Feni və Noakali daşqınlardan ən çox zərər çəkən şəhərlər olub.
 
Sözügedən şəhərlərdə elektrik enerjisi kəsilib, yol əlaqəsi də pozulub.

Banqladeş rəsmiləri ordu və digər qurumların bölgədə xilasetmə əməliyyatına başladığını bildiriblər.

Hər iki qonşu ölkə daşqından təsirlənsə də, bir çox banqladeşli bu vəziyyətə görə Hindistanı günahlandırıb.

Dəkkədəki Caqannath Universitetinin təxminən 600 tələbəsi Hindistanın Tripurada bəndin qapılarını açması və Banqladeşdə daşqınlara səbəb olması iddiasına qarşı etiraz aksiyası keçirib.

Lakin Hindistan Xarici İşlər Nazirliyi öz açıqlamasında bu iddianı təkzib edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR