Güclü geomaqnit qasırğasından necə qorunaq?

Güclü geomaqnit qasırğasından necə qorunaq?
SOSİAL
17:54 08.09.2017
974
Bir neçə gündür ki, yer üzərində güclü geomaqnit həyəcanlanması baş verir. Mütəxəssislər isə bu maqnitləşmənin hələ qarşıdan gələn günlərdə də davam edəcəyini bildirib. Bəs, görəsən, bu maqnit qasırğası insanların səhhətinə necə təsir edir? Bunun mənfi təsirlərindən qorunmaq üçün hansı tədbirlər görmək lazımdır?
 
AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı Ailem.az-a danışan nevropatoloq Rima İbadova deyir ki, təbiət dəyişiklikləri insanlara birbaşa təsir edir.
 
Bura maqnit qasırğaları, mövsüm temperaturunun artması, daşqınlar, hava kirlənmələri də daxildir: "Bizim iqlimimizə daha çox təsadüf edən təbiət dəyişikliyi maqnit qasırğalarıdır. Xüsusilə meteohəssas insanlar bu cür dəyişilmələrə qarşı daha həssas olurlar. Arterial təzyiqi yüksək olan, hipertoniya xəstəliyi olan, infarkt keçirən insanlar bundan daha çox əziyyət çəkirlər”.
 
R.İbadova deyir ki, maqnit qasırğası olan zaman insanlarda xroniki yorğunluq özünü göstərir. Həmçinin gərginlik, baş və boyun ağrıları, arterial təzyiqin oynaması, ürəkdə sıxılma olur. Psixoloji baxımdan depressiya, həyəcan yaranır. Hətta bəzi hallarda intihara cəhd kimi psixi problemlərin də ehtimalını artırır. Maqnit qasırğası zamanı qanda adrenalinin, əhval-ruhiyyəmizə təsir edən hormonların miqdarı dəyişir. Qanın laxtalanması artır.
 
Həkim məsləhət verdi ki, ilk öncə həmin günlərdə açıq havada işləyən şəxslər mümkün qədər qapalı yerdə olmalıdırlar: "Xüsusilə insult, infarkt kimi problemi olan insanlar özlərini qorumalıdır. Arterial təzyiq yüksəkdirsə, mütləq təzyiqi salan dərmanlar istifadə olunmalıdır. 35-40 yaşdan sonra müəyyən qan durulduculardan istifadə məsləhətdir. Həmçinin bol maye qəbul olunmalı və qidalanmaya nəzarət edilməlidir. Daha yüngül və antioksidant tərkibli qidalar yeyilməlidir. Çünki antioksidantlar da bizim əhvalımıza təsir edən faktorlardandır. Bu baxımdan, üzüm, banan, yaşıl çay kimi qidalar məqsədəuyğundur”.
 
 "Körpə uşaqlar isə öz ağrılarını daha çox narahatlıqlarla, ağlama krizləri ilə büruzə verirlər. Valideynlər bunu daha çox ərköyünlük kimi dəyərləndirirlər. Amma bu, narahatlıq, dəridə avazımalar, qızartılar, iştahsızlıq, yuxusuzluq kimi problemlərlə özünü göstərir. Onun üçün körpələrə də bol maye vermək lazımdır”, - deyə həkim məlumat verdi.
 
R.İbadova qeyd etdi ki, geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu