Güclü külək ağacları evin üzərinə aşırdı

Güclü külək ağacları evin üzərinə aşırdı
SOSİAL
20:34 08.09.2017
1001
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ şəhərində güclü külək nəticəsində bir neçə ağac fərdi yaşayış evinin üzərinə aşıb.
 
AZXEBER.COM  FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub və aşmış ağacların ərazidən uzaqlaşdırılması üçün tədbirlər görülüb. Ağaclar hissələrə kəsilərək təhlükəsiz əraziyə daşınıb. Əməliyyat saat 16:20-də başa çatıb.
OXŞAR XƏBƏRLƏR