Güclü külək Bakıda 3 nəfərin xəsarət almasına səbəb oldu

Güclü külək Bakıda 3 nəfərin xəsarət almasına səbəb oldu
SOSİAL
13:14 28.12.2023
146
Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər: "Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar. Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə istəyilə özəl tibb müəssisəsinə təxliyə olunub".
OXŞAR XƏBƏRLƏR