Güclü külək Yevlaxa ciddi ziyan vurub

SOSİAL
23:45 14.12.2024
280
Güclü külək Yevlax rayonunda fəsadlar törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, təbiət hadisəsi nəticəsində rayonun elektrik təsərrüfatına ziyan dəyib, 40-a yaxın yaşayış məntəqəsində əhalinin elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Eyni zamanda şəhərdə və rayon ərazisində yaşayış binasının, fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərin dam örtükləri uçub. Külək ağacları və elektrik dirəklərini aşırıb.

Hazırda aidiyyəti orqanlar problemlərin aradan qaldırılması üçün tədbirlər görürlər.

OXŞAR XƏBƏRLƏR