Argentinada aramsız leysan yağışların səbəb olduğu güclü sel nəticəsində 54 nəfər həyatını itiribHökumət sel fəlakətinə görə ölkədə üç günlük matəm elan edib.Ən güclü fırtına ölkə paytaxtı Buenos Ayres və La Plata şəhərlərində qeydə alınıb. Fırtınanın səbəb olduğu sel nəticəsində La Platada 48, Buenos Ayresdə isə 6 nəfər həlak olub.Dünən qısa bir müddət ərzində La Plataya 40 sm yağış düşüb.Minlərlə insan selə görə evlərindən evakuasiya edilir.