Ötən gecə Türkiyədə baş verən 5,9 bal gücündə zəlzələ böyük qorxu yaradıb. Zəlzələ İstanbul sahillərindəki bir çox bölgədə hiss olunub, xeyli sayda insan yaralanıb. Çarəsiz halda evlərini tərk edən onlarla vətəndaş küçələrdə gecələyib.
Zaman-zaman dünyanın bir çox yerlərində, elə ölkəmizdə də zəlzələlər baş verir. Güclü zəlzələlər isə daha çox gecə saatlarında özünü göstərir.
Bəs nə üçün güclü zəlzələlər daha çox gecələr baş verir?
AZXEBER.COM xəbər verir ki, elmi təstiqi olmasa da, mütəxəssislər bu sualın cavabını müəyyən çərçivədə veriblər.
Günəşin cazibə qüvvəsinin təsiri altında Yerin gecə hissəsi böyük təzyiq altında, gündüz hissəsi isə boşdur. Bu səbəbdən zəlzələlərin, ümumiyyətlə, gecə vaxtı olduğu və həddindən artıq təzyiqə və qırılmaya tab gətirə bilmədiyi təxmin edilir.
Fiziklər həmçinin bildirirlər ki, Günəş və Ay tutulmaları zamanı cazibə qüvvəsi həddindən artıq artdığından zəlzələlərin baş vermə ehtimalı da çoxdur.
Aydın