Güclü zəlzələlər ola bilər — XƏBƏRDARLIQ

Güclü zəlzələlər ola bilər — XƏBƏRDARLIQ
SOSİAL
22:02 16.09.2017
1470
Zaman-zaman həm yerli, həm də xarici mediada zəlzələ proqnozlarının şahidi oluruq. Təbii, bu cür məlumatlar insanların təlaşına səbəb olur. Əslində proqnozların deyilmə səbəbi qabaqcadan hazırlıq işlərinin aparılmasıdır. Lakin çox vaxt səsləndirilən fikirlər özünü doğrultmur. Yalnız təsadüfi hallarda deyilən tarixlər üst-üstə düşür.
 
Maraqlıdır, həqiqətən zəlzələnin proqnozunu qabaqcadan demək mümkündürmü?
 
AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Modern.az-a açıqlamasında bildirib ki, əksəriyyət ehtimallarla gözləntini qarışdırır:
 
"Ehtimal və gözlənti tamam başqa şeydir. Məsələn, Abşeron ərazisi 8-9 ballıq zonadır. Bu o demək deyil ki, yaxın günlərdə eyni bal gücündə zəlzələ olacaq. Gözləmək proqnozdur. Lakin həmin zonada 20, 50 və ya 100 ilə zəlzələ olma ehtimalı mümkündür. Bu səbəbdən əhali arasında çaşqınlıq yaradılmamasını xahiş edirəm. Şamaxı da ehtimal olunan zonadır. 1902-ci ildə həmin ərazidə 9 ballıq güclü zəlzələ baş verdi. O vaxtdan bu yana 115 il keçib. Hələki eyni gücdə zəlzələ baş verməyib. Bu zəlzələ yenidən təkrarlana bilər, ehtimal var. Amma aparılan tədqiqatlar göstərir ki, yaxın müddətdə 9 bal gücündə zəlzələ gözlənilmir.
 
Qısamüddətli proqnozu nəinki Azərbaycanda, bütün dünyada demək qeyri-mümkündür. Qısamüddətli proqnozda üç parametr əsas götürülür: zəlzələnin yeri, vaxtı və gücü. Mən yaxın zamanlarda 3-4 bal gücündə zəlzələ olacaq deyə bilərəm. Amma bu, əhəmiyyətsiz bir şeydir və dünya standartlarında da bu cür proqnozlar qəbul edilmir. Proqnozu güclü, dağıdıcı zəlzələ üçün verirlər. Məsələn, bu yaxınlarda Meksikada, ondan qabaq dəfələrlə Yaponiya, İndoneziya, İranda zəlzələlər baş verdi.
 
Dağıdıcı zəlzələlərə qarşı tədbirlər görülməlidir. Təbii, bu cür zəlzələlərin nəticəsi böyük fəsadlara yol aça bilər. Bu səbəbdən hər zaman hazırlıqlı olmaq lazımdır. Lakin yenə də qabaqcadan proqnoz vermək mümkün deyil”.
 
Xəzər dənizində 8-9 ballıq zəlzələ ocaqları var
 
Q.Yetirmişli Azərbaycandakı zəlzələ ocaqlarından da söz açıb:
 
 
"Mən demirəm ki, ümumiyyətlə zəlzələ olmayacaq. Zəif zəlzələlər həmişə var. Ortamüddətli proqnozu isə yenə bir neçə il üçün demək olar. Əslində bütün bunlar əhəmiyyətsiz bir şeydir. Hər bir tikinti üçün ərazinin maksimal seysmikliyini müəyyənləşdiririk ki, burada nə vaxtsa-100, 200 və ya 500 ilə 8-9 bal gücündə zəlzələ ola bilər. Bu ehtimalı nəzərə alıb binaları zəlzələyə qarşı davamlı tikməlidirlər ki, zəlzələ olduğu halda dağıntılar az olsun. Azərbaycanda Xəzər dənizində 8-9 ballıq zəlzələ ocaqları var. Şamaxı, İsmayıllı zonası, şimal, şimal-qərb bölgəsi, Gəncəbasar zonası, cənub zonası, Naxçıvan zonasında da zəlzələ ocaqları mövcuddur. Ümumilikdə Azərbaycan seysmatik bölgədə yerləşir. Hər zaman təkanlar olsa da, sadəcə dağıdıcı təkanlar nadir hallarda baş verir. Ən axırıncı dağıdıcı, insan tələfatına səbəb olan zəlzələ bayaq da qeyd etdiyim kimi Şamaxıda olub”.
 
Müsahibimiz qeyd edib ki, Azərbaycanda zəlzələ gücünü ölçmək üçün müasir standartlara cavab verən cihazlar mövcuddur:
 
"Biz Amerikadan zəlzələ gücünü ölçmək üçün cihazlar gətirib quraşdırmışıq. Dəqiqlik 0-0,1-dən yuxarıdır, yəni cihaz, daxildə gedən bütün prosesləri yaza bilir. Bu cihazlar müasir texnologiyanın tələbatına cavab verən, ən axırıncı və güclü ölçü avadanlığıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb