Türkiyənin keçmiş pezidenti Abdullah Gül özünün yeni sənətini tapıb.
ANS PRESS-in məlumatına görə, Fotomüxbirlər dərnəyi (TFMD) 11-ci prezidenti ziyarət edib.
A.Gül prezidentliyi dövründə onu izləyən fotoqrafların Türkiyənin yaxın tarixinə də şahidlik etdiklərini deyib.
Keçmiş prezident tələbəlik illərində fotoqraflıqla məşğul oluğunu deyib. O, hətta universitetdə də fotoqraflıq kursları təşkil edib. “O zaman hər şey daha çətin idi. İndi hər şey rəqəmsaldır".
A.Gül TFMD-nin ona hədiyyə etdiyi və üzərində adı yazılan jurnalist jiletini geyinib. Fotoaparatını əlinə alan Gül bu dəfə fotoqrafların şəklini çəkib. “İndi Gül yeni peşəsini tapdı deyəcəklər", deyə zarafat edib.
Bundan sonra 11-ci prezident fotomüxbirlərlə "müasir dövrün dəbi" dediyi selfi çəkdirib.