Müğənni Gülay Zeynallı şəxsi həyatı ilə gündəmə gəlib.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə anası yeni fotosunu paylaşıb. Onların yanında Gülayın 11 yaşlı qızı Sahilə də yer alıb.
İfaçının bu paylaşımı izləyiciləri tərəfindən bəyənilərək maraqla qarşılanıb.
Qeyd edək ki, Gülay Zeynallı 2010-cu ildə idmançı Kamil Zeynallı ilə ailə həyatı qurub. Cütlüyün bu evlilikdən Sahilə adlı yeganə qızı var.