Tanınmış müğənni Gülay ilk solo konsert proqramına hazırlaşır.
AZXEBER.COM xəbər verir ki, 24 aprel tarixində ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında baş tutacaq konsert ifaçının sevilən mahnılarından biri olan "Doya-doya”nın adını daşıyır.
"Peşəkar heyət, fərqli repertuar və ən əsası böyük sevgi ilə qarşınıza çıxmaq üçün səbirsizlənirəm. O gecə sizin sevdiyiniz mahnıları bərabər oxuyacağıq. Çox həyəcanlı və sevincliyəm”, – deyə Gülay fikirlərini bölüşüb.
Aysel










































