Müğənni Gülben Ergenin şikayəti əsasında zorla həbsi tələb edilən aparıcı-jurnalist Erhan Çelik bəraət qazanıb.
İfaçı məhkəmənin uzaqlaşdırma qərarından sonra eks-həyat yoldaşının bu qərara əməl etmədiyini və ona qarşı təhqir, hədə dolu sözlər işlətdiyini iddia etmişdi.
Məhkəmə Çelikin 3 ay boyunca Ergenə və uşaqlarına 50 metrdən artıq yaxınlaşmasını qadağan etmişdi. Gülbenin vəkili Erhanın bu qərara uymadığını söyləmiş və zorla həbsini istəmişdi. İstanbul 11-ci Ailə Məhkəməsi isə qadağanın pozulmadığına və Erhan Çelikin bəraət qazanmasına qərar verib.
Qeyd edək ki, Gülben Ergen məhkəməyə gəlməyib.
axsam.az