Gülər Əhmədova həbs olundu

Gülər Əhmədova həbs olundu
20:50 13.02.2013
2708

Keçmiş millət vəkili Gülər Əhmədova həbs olunub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.G. Əhmədovanın qardaşı İlqar Mikayıloğlu APA-ya məlumatı nə təsdiq, nə də təkzib edib.

Prokurorluqda da məlumatı təkzib etməyiblər.Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin bu ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib.Fakt üzrə Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. G. Əhmədova cinayət işində təqsirləndirilən şəxs qismində tanınaraq, barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

OXŞAR XƏBƏRLƏR