G.Əhmədova artıq hicab taxmağa başlayıb.
AZXEBER.COM-un “Yeni Müsavat”a istinadən verdiyi xəbərə görə, bunu dəqiqləşdirmək üçün keçmiş deputatın vəkillərindən olan Raqif Mustafayevlə əlaqə saxladıq.
R.Mustafayev müvəkkilinin həqiqətən hicab taxdığını və namaz qıldığını söylədi. Müsahibimiz Əhmədovanın vəkillərindən birindən - Eldar Qədimidən imtina etdiyini də açıqladı.
Bununla bağlı o, sabiq deputatın ərizə yazdığını və yaxın günlərdə bunun müvafiq instansiyalara çatdırılacağını dedi. R.Mustafayev dedi ki, E.Qədimidən imtina olunmasının səbəbi sonuncunun müdafiə ilə bağlı iş görməməsi olub.