Gülər Əhmədova ilə bağlı vəkilindən açıqlama

Gülər Əhmədova ilə bağlı vəkilindən açıqlama
13:56 05.03.2013
1501

Vəkil Eldar Qədimi həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.

Bu barədə APA-ya məlumat verənE.QədimiG.Əhmədovanın səhhətinin yaxşı olmadığını deyib: “Gülər xanımın limfa düyünləri şişib. Vəziyyəti o qədər də yaxşı deyil. Bu gün bir neçə dəqiqəliyə görüşə bildik. Bu yaxınlarda onun müdafiəsinə məndən başqa daha bir vəkil də qoşulacaq”. E.Qədimi G.Əhmədovanın cinayət işi ilə bağlı hər hansı istintaq hərəkətinin aparılmadığını da bildirib: “Gülər Əhmədovanın cinayət işi ilə bağlı hər hansı istintaq hərəkəti aparılmır. Ona görə də heç nədən xəbərimiz yoxdur”. Qeyd edək ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR