Elşad Abdullayevin videolarından sonra adı dillər əzbəri olan və ötən ilin sonlarında müəmmalı şəkildə Türkiyədəki xəstəxanaların birində dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov da getdikcə cəmiyyətdə populyarlaşmağa başlayıb.
Artıq az qala hər gün mətbuata açıqlama verənA.Məmmədovbu dəfə dəGülər Əhmədovanın ailəsinin onu rahat buraxmadığından gileylidir. "Yeni Müsavat"a açıqlamasında Ayxan Məmmədov deyib ki, Gülər Əhmədovanın ailəsi onun təhdidlərindən sonra hüquq-mühafizə orqanlarına müraciət edərək təhlükəsizliklərinə təminat istəyib. Ayxan Məmmədovun iddialarıyla bağlı Gülər Əhmədovanın həyat yoldaşıFikrət ƏhmədovModerator.az-a açıqlama verib. O, mətbuatı "bir uşağın iddiaları əsasında lazım olmayan məlumatlar yayaraq hamını narahat etməkdə" qınayıb: “Bizim ailə qorunmayla və təhlükəsizliyimizin təmin edilməsiylə bağlı heç bir yerə müraciət etməyib. Xahiş edirəm, həmkarlarınıza da deyin, yersiz, əsassız məlumatlar yaymasınlar”.