Güləş üzrə respublika turnirinin zona yarışları keçirilib

Güləş üzrə respublika turnirinin zona yarışları keçirilib
İDMAN
18:04 22.09.2013
1204
Şəki Olimpiya İdman Kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş üzrə respublika turnirinin zona yarışları başa çatıb.
Rayon Gənclər Və İdman İdarəsindən AZXEBER.COM-a verilən məlumata əsasən, turnir Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Sərbəst və yunan-Roma güləşi üzrə keçirilən turnirin zona yarışında Şəki-Zaqatala bölgəsi rayonları da daxil olmaqla, 10 şəhər və rayondan 100-dək yeniyetmə pəhləvan mübarizə aparıb. Üç gün davam edən yarışlarda hər çəki dərəcəsi üzrə qalib gələn güləşçilər respublika turnirinin yekun mərhələsində iştirak etmək hüququ qazanıb.
Turnirin qaliblərinə Rayon Gənclər Və İdman İdarəsinin eləcə də Güləş Federasiyasının mükafatları təqdim edilib.
OXŞAR XƏBƏRLƏR