İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatına yekun vurulub.
AZXEBER.COM xəbər verir ki, qitə birinciliyində Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub.
1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığma 131 xalla birinci yeri tutub. Ermənistan (125) ikinci, Gürcüstan (99) isə üçüncü olub.
Qeyd edək ki, bu komanda 3-cü dəfə Avropa çempionu olur. Yunan-Roma güləşi üzrə milli 2022 və 2024-cü illərdə də eyni uğura imza atıb.