Güləşçilərimiz vətənə 3 medalla qayıdırlar

İDMAN
12:27 17.09.2012
1122
Sentyabrın 15-də Türkiyənin Rizə şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Olimpiya çempionu M.Akif Pirimin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.
AZXEBER.COM-un Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, turnirdə iştirak edən Azərbaycan güləşçiləri 1 qızıl və 2 bürünc medal əldə edib.
Məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə 3 güləşçimiz qüvvəsini sınayıb. Təmsilçilərimizin hər biri fəxri kürsüdə yer tutub. 50 kq çəkidə mübarizə aparan Elçin Məmmədov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Akşin Məmmədli (85 kq) və Cavid Feyziyev (100 kq) isə bürünc medala sahib olub.

OXŞAR XƏBƏRLƏR