Kanadanın Strazqona şəhərində qadın güləşçilərin Dünya çempionatı keçirilir.Qol.Az-ın məlumatına görə,çempionatın proqramına əsasən, sentyabrın 27-də 51, 59 və 67 kq çəki dərəcəsində güləşçilər qüvvələrini sınayıb.
51 kq-da mübarizə aparan Anjela Doroqan yarışa 1/8 finalda ABŞ təmsilçisi Alissa Lampe ilə görüşlə başlayıb. Ancaq görüş təmsilçimiz üçün uğurlu olmayıb.
59 kq-da Yuliya Ratkeviçin 1/8 finaldakı rəqibi Türkiyə güləşçisi Elif Jale Yeşilirmak olub. Güləşçimiz bu görüşü (3:0, 3:0) qələbə ilə başa vurub. ¼ finalda Böyük Britaniya təmsilçisi Olqa Butkeviçlə gərgin keçən görüşdə güləşçimiz (0:1, 1:0, 5:1) məğlub olub.
Və nəhayət, Nadya Sementsova ilk olaraq 1/8 finalda İsveç təmsilçisi Katarina Yohanssonla görüşdən (1:0, 1:0) qalib ayrılsa da, ¼ finalda Kanada təmsilçisi Erzsebet Doroti Yeatsa (0:1, 2:5) uduzub.
Çempionatın 2-ci günündə 55 və 72 kq çəkidə qaliblər müəyyənləşəcək. Güləşçilərimizin ilk rəqibləri bəllidir. 55 kq çəkidə Yarina Dubovska 1/8 finaldan mübarizəyə qoşulacaq, onun ilk rəqibi Polşa təmsilçisi Katarina Kravçik olacaq. 72 kq çəki dərəcəsində Natalya Palamarçukun 1/8 finalda rəqibi isə qazaxstanlı Gözəl Manyurova olacaq.