Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu
İDMAN
22:05 29.06.2021
1055
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.

AZXEBER.COM-un məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Moldova təmsilçisi Stanislav Novakla üz-üzə gəlib.

Rəqibinə 7:0 hesabı ilə qalib gələn Bayramov Avropa çempionu olub.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi finala yüksəlib.
OXŞAR XƏBƏRLƏR