“Güllələnmiş heykəllərin yeri Şəhidlər Xiyabanıdır” - Deputat

“Güllələnmiş heykəllərin yeri Şəhidlər Xiyabanıdır” - Deputat
SİYASƏT
19:07 19.05.2020
996
Milli Məclisin deputatı Jalə Əliyevanın müsahibəsi:

– Jalə xanım, hazırda yaşadığımız may ayı xalqımız üçün təəssüf ki, kədərli günlərlə, hadisələrlə zəngindir. Belə ki, 28 il öncə, cəmi 10 günün içərisində Azərbaycan üçün son dərəcə mühüm strateji əhəmiyyətli və bəlkə də Qarabağ münaqişəsinin həllində açar rolunu oynayacaq iki bölgəni–iki dilbər guşəni–Şərqin kon­servatoriyası sayılan Şuşanı və Laçını itirdik… Torpaqlarımızı geri qayta­racağımıza əminliyimiz bir an olsun belə tükənməyib. Amma itirdiyimiz mənəvi dəyərlərimizi, tarixi-mili-dini sərvətlərimizi geriyə qaytarmaq bəlkə də mümkün olmayacaq. Bu barədə siz nə düşünürsünüz?

– Bəli, çox təəssüflər olsun ki, 32 ildən bəri zorla cəlb olunduğumuz Ermənistan– Azərbaycan, Dağlıq Qa­rabağ münaqişəsi hələ də davam edir. Bu gün də faşizmi, nasizmi, rasizmi, terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasətini davam etdirməsi, hələ də beynəlxalq birliyin, ATƏT-in, onun Minsk qrupu həmsədrlərinin laqeydliyi və biganəliyi, bəzən isə açıq-aşkar işğalçı ilə işğala məruz qalanı eyniləşdirməsi, onların ikili standartları üzündən münaqişə ədalətli və müsbət həllini tapmır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə indiyədək yerinə yetirilmir. Daha çox təəssüf və təəccüb doğuranı isə həmin qətnamələri qəbul edən təşkilatın Ermənistanın işğalçı siyasətini davam etdirməsinə laqeyd və biganə yanaşmasıdır. Daha pis məqamlardan biri də odur ki, BMT, ATƏT, Minsk qrupunun həmsədr dövlətləri həmin qətnamələrin icrası və yerinə yetirilməsi üçün Ermənistana heç bir təsir və təzyiq göstərmir, sanksiyalar tətbiq etmirlər. Bu isə nəticə etibarilə Ermənistanı növbəti dəfə işğalçılığa və təcavüzkarlığa şirnikləndirir. Ancaq dövlətimizin və onun başçısının bu məsələdə mövqeyi qəti, birmənalı və yekdildir. Azərbaycan xalqı və dövləti bu günə qədər işğal faktını qəbul etməyib, onunla barışma­yıb, bundan sonra da qəbul etməyəcək və barışmayacaq. Ölkə Prezidentinin də bəyan etdiyi kimi, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır! Ancaq Qara­bağın, yurd yerlərimizin, o cümlədən, bir neçə gün öncə növbəti işğal ildönümünü yaşadığımız Şuşanın və Laçının süqutu ilə həm də böyük milli-mədəni-tarixi-dini sərvətlərimizi itirdik. Heç bir dəyər tanıma­yan Ermənistanın və ermənilərin vanda­lizm siyasəti nəticəsində işğal olunmuş yurd yerlərimizdəki əsrlərin yadigarı olan tarixi-dini-milli abidələrimiz– məscidlərimiz, ziyarətgahlarımız, qəbiristanlıqlarımız, açıq və qapalı muzeylərimiz, sənət incilərimiz – hamısı məhv edildi, yerlə-yeksan olundu, yağmalandı. Bunları qaytarmaq, bərpa etmək isə olduqca çətin və deyərdim ki, müşküldür. Düz­dür, Azərbaycan dövlətinin, ölkə Prezi­dentinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun apardığı gərgin işlər sayəsində ölkəmizin bu məsələlərdə də haqq səsi dünya­ya çatdırıldı, müvafiq qərarlarda, sənədlərdə əksini tapdı, amma bizi yenə də böyük mübarizə və geniş səfərbərlik gözləyir. Can­lı itkilərimizi, şəhidlərimizi geri qaytara bilməsək də, qaytara biləcəklərimizi, dünyaya əyani şəkildə çatdıra biləcəklərimizi reallaşdırmaq üçün hamılıqla, elliklə hələ də görüləcək işlərimiz çoxdur. Hamımız düşüncələrimizi bu məsələlər üzərində cəmləşdirməliyik.

– Konkret olaraq, nəyi nəzərdə tutursunuz?

– Bu haqda fikirlərimi bir neçə dəfə açıqlamışam. Həm yazılı mətbuatda, həm də televiziya proqramlarındakı çıxışlarımda, eləcə də Milli Məclisin komitə və plenar iclas­larında bu yöndə öz fikir və təkliflərimi səsləndirmişəm. Elə cəmi bir neçə gün öncə, konkret qeyd etməli olsam, Milli Məclisin mayın 5-də keçirilən iclasında "Nəşrlərin beynəlxalq mübadiləsi kon­vensiyasının təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bu barədə bir daha danışmışam, cəmiyyətə və əlaqədar qurumlara çağırışlar etmişəm. Həmin çıxışımı olduğu kimi, bir daha qeyd etmək istəyirəm. Hamımıza məlum olduğu kimi, Qarabağımızın, bütövlükdə, Azərbaycanımızın mənəvi sərvətlərindən, dühalarından olan Xan qızı Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün uzun illər boyu işğal altındakı torpaqlarımızda vandalizmə məruz qalan güllələnmiş heykəlləri ümummilli lider Heydər Əliyevin səyləri və müdaxiləsi ilə Bakıya gətirildi. Həmin heykəllər indiyədək İncəsənət Muzeyinin arxa həyətində saxlanmaqda­dır. Məncə, bu şəhid heykəllər, şəhərin görməli yerlərindən birində, məsələn Şəhidlər xiyabanında yerləşdirilməlidir.

Ümumiyətlə, XX əsrdə bir neçə dəfə soyqırımına, repressiyalara məruz qalan bir xalqın tarixi həqiqətlərini və haqqımızın geri qaytarılması uğrunda həyata keçirilən dövlət siyasətini əks etdirən eksponat­lardan ibarət bir muzeyin açılmasına ehtiyac var. Bu heykəllər bizim haqlı mübarizəmizin pasportudur, Ermənistanın torpaqlarımızda həyata keçirdiyi dağı­dıcı siyasətin daşlaşmış yaddaşıdır və bu heykəllərin göz önündə olması çox əhəmiyyətlidir. Çünki Azərbaycan bü gün bütün sahələrdə inkişaf etdiyi kimi, turizm sahəsində də böyük inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan turistlər üçün cəlbedici ölkəyə çevrilmişdir. Hər il yüz minlərlə turist ölkəmizə, Bakıya axın edir. Onların çoxunun heç də Qarabağ münaqişəsindən, erməni barbarlığı və vandalizmindən geniş, müfəssəl məlumatları yoxdur. Belə bir muzeyi ya­ratmaqla və oraya turistlərin axınını təşkil etməklə, Qarabağ həqiqətlərini, Qarabağ acılarımızı, başımıza gətirilən müsibətləri əyani şəkildə təqdim etmiş olarıq. İna­nıram və əminəm ki, bunun ermənilərin, Ermənistanın iç üzünün açılmasında, erməni yalanlarının ifşa olunmasında böyük təsiri ola bilər. Ona görə də inan­maq istərdim ki, yaxın gələcəkdə bu yöndə təklifimə müsbət rəy veriləcək. Yeri gəlmişkən, parlamentin bu il may iclasın­da irəli sürdüyüm bu təklifin nəzərə alın­ması xahişi ilə artıq əlaqədar təşkilatlara müraciət etmişəm. Əminəm ki, müsbət cavab veriləcəkdir.

– Qeyd etmək yerinə düşər ki, sizin bu təklifiniz artıq özünə geniş tərəfdar ordusu toplamaqdadır…

–Bəli, mənim üçün çox xoşdur ki, son bir neçə ildə, eləcə də həmin çıxışımda səsləndirdiyim təkilflər insanlar tərəfindən rəğbətlə qarşılanmaqda və dəstək qazan­maqdadır. Hətta, elə həmin çıxışımdan sonra növbəti iclasımızda həmkarım Qənirə Paşayeva da eyni təkliflə çıxış etdi. Mən ona, təklifimi dəstəklədiyi üçün təşəkkür edirəm. Ümumiyyətlə, bu məsələ zaman-zaman çeşidli fikirlər, təkliflər şəklində ortaya qoyulur. Düşünürəm ki, həm adını çəkdiyimiz güllələnmiş heykəllərin, həm də işğal altındakı torpaq­larda qalan maddi və mənəvi abidələrimiz barədə geniş miqyasda məlumat verilməsi dünya ictimai fikrinin formalaş­ması, nəticə etibarilə, haqqımızın, ədalətin bərqərar olması baxımından çox vacibdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq