Gülnarə Kərimova atasının dəfn mərasiminə gəlmədi

Gülnarə Kərimova atasının dəfn mərasiminə gəlmədi
DÜNYA
18:15 03.09.2016
2281
Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova atasının dəfn mərasimində iştirak etməyib.
Bu barədə "Fərqanə" məlumat verib.
Kərimovun ikinci qızı 38 yaşlı Lola Səmərqənddəki dəfn mərasimində iştirak edib.
Məlumata görə, G.Kərimova faktiki olaraq ev dustağıdır, internetə çıxışı yoxdur. Onunla birgə qızı İman yaşayır, oğlu İslam isə hazırda Londonda yaşayır və babasının dəfn mərasiminə gəlməyib.
78 yaşlı Özbəkistan prezidentini bu gün doğma şəhəri Səmərqənddə dəfn ediblər. İ.Kərimovun vəfatı haqqında sentyabrın 2-də axşam elan olunub.
///"Report"
OXŞAR XƏBƏRLƏR