Gülnarənin erməni rəfiqəsinə 6 il həbs qərarı - FOTOLAR
DÜNYA
17:50 14.07.2014
3162
Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gulnarə Kərimovanın iki yaxın tərəfdaşı müxtəlif həbs cəzalarına məhkum olunub.AZXEBER.COM-un Azadlıq Radiosunun özbək xidmətinin müxtəlif adı çəkilməyən mənbələrə istinadən məlumatına görə, Kərimovanın sevgilisi hesab olunan özbək iş adamı Rustam Madumarov 6 il yarım həbs cəzası alıb. Kərimovanın digər yaxın tərəfdaşı Qayane Avakyan 6 il həbsə məhkum olunub.Onların hər ikisi pul yumada və dələduzluqda günahkar bilinib.Ancaq onların məhkum olunmasının rəsmi təsdiqi hələ yoxdur. Bu şəxslərin hər ikisi mart ayında həbs olunub. Onlar qanunsuz biznes fəaliyyətində, vergidən yayınmada, dələduzluqda ittiham olunurdu.Rustam MadumarovQayane Avakyan