Gülsel Səfərova: 'Milli Şura hazırda digər təşkilatlarla müqayisədə fəaliyyətsizliyi ilə seçilir' - AÇIQLAMA

GƏNCLİK
12:37 12.06.2012
1884
“Azərbaycanda yeganə gənclər platforması sayılan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası(ARGTMŞ) 1995-ci ildən başlayayaraq ölkəmizin ictimai-siyasi həyatında intellektual kadrlarla töhvə verib. Onlar hal-hazırda qərarqəbuletmə prosesində iştirak edir, ölkənin vacib siyasi mühüm məsələlərdə öncül yerlərdən birini tuturlar”.Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri, Gənclər Təşkilatları Milli Şurasının namizədliyinə gən iddialı namizədlərdən olan Gülsel Səfərova deyib. Onun sözlərinə görə, Azərbayacan Dövlət Gənclər siyasəti ölkədə artıq yeni mərhələyə qədəm qoyub: “Həm gənclərin təşkilatlanması, həm də onların intellektual inkişafı istiqamətində konkret addımlar atılıb. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramı uğurla icra olunur və proqram çərçivəsində əhəmiyyətli layihələr artıq həyata keçirilir. Son günlərdə Gənclər Fondunun təqdimatı və artıq ərizə qəbulunun başlanılması gənclər siyasətində yeni bir mərhələnin başlanmasından xəbər verir. Belə ki, gənclər müstəqil olaraq təşəbbüslərini reallaşdıra biləcək, gənclər problemlərinin həllinə birbaşa çalışacaq, həm də gənclər proqramının əyani iştirakçısına çevriləcəkdir. Reallıqda gənclər üçün intellektual bazanı, ölkəmiz üçün lazımi kadrların yetişdirilməsi və onların problemlərinin həlli yönündə fəaliyyət göstərən gənclər platforması vardır. Bu rolu artıq uzun müddətdir AR Gənclər Təşkilatları Milli Şurası həyata keçirib”.AGAT sədrinin sözlərinə görə, Milli Şura hər zaman yeni ideyaların gerçəkləşməsi və kadr potensialının daha da artması istiqamətində ölkənin vətəndaş cəmiyyətində əsaslı rolu olan təşkilat hesab edili: “Eyni zamanda Avropa Gənclər Forumunda tam hüquqlu üzv olan Milli Şura Azərbaycanın beynəlxalq imicinin müsbət formalaşması işində kadrların yetişdirilməsində maraqlı tərəf olub. Eyni zamanda dövlət gənclər siyasətinin formalaşmasında bu qurumun zamanında mühüm addımları və bu addımlardan doğan konkret nəticələri olub. Bəllidir ki, son illər bu proses zəif gedir, artıq Milli Şuranın gənclər platforması kimi yeni mərhələyə keçməsinin zərurəti yaranıb. Azərbaycanda gənclər siyasətini formalaşdıran qurum kimi, bu sahədə töhvəsi olan Milli Şura hal-hazırda təəssüflər olsun ki, digər təşkilatlarla müqayisədə fəaliyyətsizliyi ilə seçilir. Gənclər təşkilatlarının səfərbər olunması, təşkilatlar arasında layihələrin həyata keçirilməsi və ən əsası gənclər siyasətinə təsiri mexanizmini demək olar ki itirib.

OXŞAR XƏBƏRLƏR