11-15 Aprel, 2014-cü il tarixində AGAT sədri Gülsel Səfərova AR Qızıl Aypara Cəmiyyətinin dəvəti ilə Brusseldə Qırmızı Xaç Cəmiyyətinin Avropa Birliyi ofisini ziyaret edib.
AZXEBER.COM xəbər verir ki, səfər çərçivəsində dünyada iqlim dəyişikliyi, ona uyğunlaşma siyasəti və ölkələrin təcrübələri barədə görüşlər keçirildi. Görüşdə Avropa Komissiyasının vətəndaş cəmiyyəti işini aparan nümayəndələri Aleksandra Nerisanu, koordinator Jozias Blok, proqram rəhbəri Bella Nestorova Şərq tərəfdaşlığı ölkələri ilə strategiynın qurulması, bu istiqamətdə Avropa Birliyinin siyasəti və İqlim dəyişikliyində Şərq tərəfdaşlığı ölkəlri ilə əməkdaşlıq mövzusunda sessiya keçirildi. Eyni zamanda səfər çərçivəsində Avropa Parlamentinə ziyarət edilmiş və qonşuluq siyasəti ilə bağlı geniş müzakirə aparılmışdır.
Səfərdə Qızıl Aypara Cəmiyyətinin Azərbaycan üzrə proqram rəhbəri Ceyhun Mirzəyev və "12 May" İB-nin vitse prezidenti Bəhruz Nəzərov iştirak edirdi. Qeyd edək ki, sessiyalar zamanı ölkəmizin AB fəaliyyəti çərçivəsində iqlim dəyişikliyi barədə məlumat verilmiş, vətəndaş cəmiyyətinin bu istiqamətdə olan fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi vurğulanmışdır.