Son iki həftə ölkənin siyasi arenasında bəzi müxalifət qüvvələrinin fəallaşması ilə yadda qaldı, bu da prezident seçkilərinin keçiriləcəyi günün yaxınlaşması səbəbindən, heç də təəccüblü görünmür.
Prezidentliyə namizədliyini verənlərdən savayı, publikada və KİV səhifələrində bir çoxusu hətta çoxdan tarixin arxivinə göndərilməli olan elə personajlar peyda olmağa başladı ki, onların birdən-birə ortaya çıxması hətta müxaliflərin özlərinin belə narazılığına səbəb olmağa başladı.
İndi köhnəlmiş səslərin bir araya gəldiyi bu dəstədən vaxtilə iqtidarın ünvanına ancaq təriflər yağdırmaqla məşğul olan bir xanımın səsi eşidilməyə başladı.
Bu xanımın həddən artıq siyasi paranoidal fəallığı həddən artıq tutarsız görünür.
Yaxşı, bəs o kimdir – el arasında “Gips xanım” adlandırılan, azərbaycansayağı “saxta Janna-d'Ark”?
2005-ci ildə Gültəkin xanım sadəcə Milli Məclisin deputatı deyildi. Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsi rəhbərinin müavini vəzifəsi ilə yanaşı, o, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü idi.
Görünür, ona həvalə olunan bu vəzifələrdən başı gicəllənən Gültəkin Hacıbəyli artıq “öz oyununu” oynamağa qərar vermişdi.
Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşması zamanı Gültəkin Hacıbəyli KİV-lərdə belə bəyanatlarla çıxış etməyə başlamışdı ki, “Azərbaycan kiçik qardaş kimi Türkiyəyə tamamilə inam və etimad nümayiş etdirməli və hətta Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə olunmasa belə, bu ölkənin Ermənistanla sərhədləri açmaq ideyasını dəstəkləməlidir”.
Rəsmi Bakının mövqeyindən tamamilə fərqli olan bu fikir əlbəttə ki, mahiyyəti etibarilə, ölümə məhkum idi.
Xatırladaq ki, söhbət 2008-2009-cu illərdən gedir. Həmin dövrdə Türkiyənin bəzi xüsusi xidmət orqanları və iri qurumları dövlət strategiyasının ziyanına olan mənfəətpərəst ideyaların həyata keçirilməsi cəhdlərinə yol verməyən siyasət yürüdürdülər.
Onların sırasında MİT - Milli İstihbarat Təşkilatı (Mərkəzi Kəşfiyyat İdarəsi) də var idi. Təxminən 5 il bundan əvvəl, məlum “protokollar” zamanında bir çox dövlət xadimləri, biznesmenlər, həmçinin jurnalistlər Türkiyə dövlətinin prinsiplərinə, o cümlədən, Azərbaycanla münasibətlərə zidd olan siyasət xəttini tutmuşdular.
Beləliklə, belə adamların sırasında Baskın Oran, Çingiz Çandar, Amberin Zaman, Kaan Soyak, eləcə də Müjgan Suver və açıq-aşkar ermənipərəst, Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçisi, həmçinin Türkiyə parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədr müavini vəzifəsini tutan, öz fəaliyyəti ilə Türkiyə-Azərbaycan münasibətlərini həddən artıq çətinə salan Suat Kiniklioğlu da var idi.
Yeri gəlmişkən, Gültəkin Hacıbəylinin şəxsi söhbətlər zamanı dəfələrlə fikir mübadiləsi apardığı qurumda vəzifə sahibi olan xanım Müjgan Suver hələ 2001-ci ildən erməni-türk münasibətlərinin yoluna qoyulması istiqamətində fəal təbliğat aparıb.
Azərbaycan rəhbərliyi Türkiyə-Azərbaycan münasibətlərində böhrandan qaçmaq üçün vəziyyətin aydınlaşdırılması üçün müxtəlif səviyyəli emissarların ezamiyyətə göndərilməsinədək əlindən gələni etməklə bu məsələdə öz prinsipiallığını dəfələrlə nümayiş etdirib. Bu kimi qruplardan birinin tərkibində yer alan Gültəkin Hacıbəyli dövlət təşkilatlarının birindən ezamiyyət öncəsi ətraflı təlimat alıb.
Lakin onun “səfərdən öncə” tamamilə fərqli olan mövqeyi Türkiyədən geriyə, Bakının mərkəzindəki olan binadakı kabinetinə qayıtdıqdan sonra səfərin nəticəsindən asılı olaraq, 180 dərəcə dəyişmişdi. Nə baş vermişdi? Əslinə qalsa, heç nə.
Sadəcə olaraq, Gültəkin Hacıbəyli Türkiyədə ona rəsmi Bakının mövqeyinə təsir göstərə biləcək, müzakirələri Dağlıq Qarabağ mövzusundan yayındıraraq erməni-türk sərhədlərinin açılmasına “göz yumduracaq” adam kimi baxan şəxslərlə görüşüb.
Misal üçün, o 2004-cü ildən 2010-cu ilədək Bakıda göstərdiyi fəaliyyəti nəticəsində Azərbaycan-Türkiyə münasibətlərini çətinə salan iftiralarla çıxış edən, bu gün isə müxalifət mətbuatının səhifələrindən Azərbaycan hakimiyyətinin ünvanına əsassız məqalələrlə çıxış edən Türkiyənin Bakıdakı səfirliyinin Turqut Ər adlı o zamanki əməkdaşı ilə son dərəcə etibarlı söhbətləşmə aparıb.
Odur ki, məhz o, mehmanxana restoranında səhər yeməyi zamanı Gültəkin Hacıbəyliyə 1995-ci ilin martında Azərbaycanda “OMON qiyamı” kimi tanınan uğursuz dövlət çevrilişinin ideoloqları, yəni lap Türkiyənin sabiq baş naziri xanım Tansu Çillər ilə əlaqələrədək mümkün olan hər bir dəstəyi göstərəcəyinə vəd vermişdi.
Tərəflərin razılığa gəldiyi görüş növbəti günün şam yeməyində baş tutdu. Gültəkin Hacıbəyli ürəyində rəsmi Bakıya qarşı misli görünməmiş kin bəsləyən və Qərbin Azərbaycandakı təsirinin hansı üsullarla artırıla biləcəyinə dair, həmçinin Goranboy rayonundan olan deputatın Azərbaycan ictimaiyyətində məhz hansı tezisləri irəli sürə biləcəyi barədə şəxsən detallı təlimatlar verən kumiri Tansu Çillər ilə görüşdü.
Belə tezislərdən biri Gültəkin Hacıbəylinin 2010-cu ildə deputat fəaliyyətinin qürub çağında səsləndirdiyi Azərbaycanın Türkiyəyə birləşdirilməsi və vahid dövlətin yaradılması ideyası idi.
Gültəkin Hacıbəylinin Türkiyəyə yerinə yetirmək üçün getdiyi missiyanın uğursuzluqla bitdiyini deməyə ehtiyac yoxdur. Türkiyə siyasi isteblişmentinə Azərbaycan rəhbərliyinin kompromissiz mövqeyi çatdırılmamağından başqa, Türkiyədəki müəyyən çevrələr Azərbaycan milli maraqlarının müdafiəsi üçün seçilmiş emissarların iradəsizliyini gördülər.
Bu cür addım dəyişiklik edilmədən qala bilməzdi – nəticədə, rəsmi Bakı qısa zamanda, bu dəfə nümayəndə heyətinin rəhbərliyinə Qənirə Paşayevanı təyin edərək, xalq seçilmişlərindən ibarət başqa qrupu ezam edir.
Gültəkin Hacıbəyliyə gəlincə, bizim başa bəla parlament üzvümüz, Azərbaycanın bu məsələdə prinsipiallığının aydın olmasına baxmayaraq, “qeyd-şərtsiz Ermənistan-Türkiyə sərhədinin açılmasının” vacibliyini təkid etməyə davam edib. Guya, bundan sonra ermənilər tələyə düşəcəklər və türklər iqtisadi olaraq, onları zəbt edəcəklər.Gültəkin Hacıbəylinin və onun xarici pıçıldayanlarının ideyalarının utopikliyi, demək olar, bir neçə ay sonra aydın oldu – ermənilər “soyqırımı” məsələsi üzrə iddialarından imtina etmədilər və Türkiyə tərəfindən Ermənistanın iqtisadi olaraq, heç bir “ələ keçirilməsi” barədə heç arzulamağa da ehtiyac qalmadı, belə ki, Ermənistan artıq çoxdan Rusiya tərəfindən “ələ keçirilmişdi” (yeri gəlmişkən, Ermənistanın Gömrük İttifaqına daxil olması ətrafında Rusiya və Avropa İttifaqı arasında hal-hazırda olan mübahisələr aydın şəkildə göstərir ki, Ermənistanda türk ekspansiyası barədə utopik arzulara inanmağa dəyməzdi).
Yekunda Türkiyə rəhbərliyi də Azərbaycan prezidentinin mövqeyi ilə razılaşdı – Dağlıq Qarabağ münaqişəsinin həllində real irəliləyiş olmadan sərhədlərin açılması yolverilməzdir və mümkün deyil. Beləcə Hacıyevanın lobbiçi səmərəsiz cəhdləri mənasız, təkəbbürü isə sıxışdırılmış oldu.Vəziyyətin bütün gülünclüyü ondadır ki, Gültəkin xanım nə az, nə çox xarici işlər naziri kreslosuna hədəflənmişdi və gah orada, gah burada söhbətlərdə bu barədə danışmağa get-gedə daha çox diqqət ayırırdı. Bununla belə, kreslo ona çatmadı.
Ancaq, hakimiyyətin belə bir kadr qərarı qəbul etməsi təəccüblü olardı. Xüsusilə də, nəzərə alsaq ki, Ermənistan-Türkiyə protokolları kimi vacib məsələ üzrə Gültəkin Hacıbəyli Prezident Administrasiyasından olan məmurların iştirakı ilə keçirilən qapalı iclaslar zamanı, o, azərbaycanyönlü mövqe deyil, ermənilərin vəkili adını qazanmış, ABŞ Dövlət Departamentindən olan, uğursuz protokolların müəllifi Filipp Qordonun ofisi tərəfindən “diktə edilmiş” mövqe tuturdu.
2010-cu il dönüş nöqtəsi oldu – Turqut Ər etibarsız şəxs qismində geri çağırıldı, 2010-cu ilin payızında isə xanım Hacıbəyli növbəti seçkilərdə iştiraka cürət etməyərək, deputat mandatından və toxunulmazlığından məhrum oldu.