Gülüstan Əliyeva "Sənəm" obrazında səhnəyə çıxdı - FOTOLAR

Gülüstan Əliyeva "Sənəm" obrazında səhnəyə çıxdı - FOTOLAR
MƏDƏNİYYƏT
10:16 31.03.2026
137
Azərbaycan Respublikasının Əməkdar artisti Gülüstan Əliyeva Mingəçevir Dövlət Dram Teatrının səhnəsində "Sənəm" obrazını canlandıraraq tamaşaçılara unudulmaz anlar yaşadıb.

AZXEBER.COM xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” operettası bu dəfə də böyük maraqla qarşılanıb.
 
Səhnə əsərində Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), eləcə də Əməkdar artistlər və tanınmış solistlərn - Cahangir Qurbanov, Tural Ağasıyev və  Ələkbər Əliyev çıxış ediblər.

Tamaşa teatrın simfonik orkestrinin canlı müşayiəti ilə təqdim olunaraq klassik sənətin ecazkar ruhunu bir daha tamaşaçılara çatdırıb.
 
Aysel

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR