Gümrüdə "Vətəndaş müqaviləsi” partiyasına etimad azalır.
Gümrüdə keçirilən yerli seçkilərdə iştirak edən 47 min 443 seçicidən 30 min 246-sı hakim "Vətəndaş müqaviləsi” partiyasının əleyhinə səs verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Gümri Şurasının "Mənim Güclü İcma” fraksiyasının rəhbəri Ruben Mxitaryan sosial şəbəkədə paylaşım edib.
Mxitaryanın sözlərinə görə, partiyanın topladığı 17 min 188 səsdən inzibati resurs və müxtəlif çağırışlarla təmin edilən səslər çıxıldıqda, nəticə daha acınacaqlı mənzərə ortaya qoyur.
O qeyd edib ki, baş nazir Nikol Paşinyanın Gümridə atdığı addımlar əsasən komandasındakı nüfuzunu qorumağa və Eçmiədzin seçkilərində müxalifətə qarşı güc nümayiş etdirməyə yönəlib.
Şahanə Ziyad