Qətl ittihamı ilə haqsız yerə 25 il müddətinə həbs edilən iki amerikalı üzə çıxan yeni dəlillər sayəsində sərbəst buraxılıblar.
AZXEBER.COM xəbər verir ki, hər ikisi 17 yaşlı Darrell Li Klark və Keyn Coşua Stori 1996-cı ildə baş verən hadisədə 15 yaşlı Brain Boulinqi güllələyərək öldürməkdə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum ediliblər.
İstintaq zamanı polis Brain Boulinqin evinin yaxınlığında yaşayan qadını dindirib. Qadın haqsız yerə onların günahkar olduğunu iddia edib.
Günahkar bilinən gənclər bir həftəlik məhkəmə prosesindən sonra ömürlük həbs cəzasına məhkum ediliblər.
2021-ci ildə polis yenidən araşdırma zamanı qüsurları və natamam araşdırmaları üzə çıxarıb.
Sentyabr ayında vəkillər onun mühakimə olunmasının saxta sübutlara və polis təzyiqinə əsaslandığını iddia edərək, yeni məhkəmə araşdırması üçün vəsatət qaldırıblar. Daha sonra məhkəmə gənclərə qarşı irəli sürülən bütün əsas ittihamları rədd edərək, hökmlərin ləğv edilməsinə qərar verib və onlar sərbəst buraxılıblar.
Ayşən