Azərbaycanlı model Günay Musayeva 9 yaşlı oğlunun aylıq 500 lirə (təxminən 222 manat) alimentini ödəməyən eks-həyat yoldaşı, türkiyəli aktyor Tolqa Kareli məhkəməyə verib.
Üç il öncə boşanma zamanı məhkəmə 6 yaşlı Cahangirə atasının hər ay davamlı olaraq 500 lirə aliment ödəməsinə qərar verib. Lakin Günay Musayeva amerikalı model Sara Skotla evlənən Tolqaya kəsilən bu məbləğin az olduğunu, alimentin 5 min lirəyə qaldırılmasını tələb edib.
Musayeva məhkəməyə təqdim etdiyi ərizəsində həyat yoldaşının aliment ödəmədiyini deyib:
"Həyat yoldaşına 20 min dollara üzük alıb, toyuna 90 min dollar xərcləyib. Helikopterlə lüks tətilə yollanıb. O, bu qədər lüksün içində yaşayarkən mənim oğluma 500 lirə pul ödəməsi vicdana sığmır. Mənim oğlum doğulandan danışa bilmir. Xəstəliyi var”.
