"Günay Bank" mənfəətini artırmağı nail olmayıb - VƏZİYYƏTİ MƏLUM OLDU

"Günay Bank" mənfəətini artırmağı nail olmayıb - VƏZİYYƏTİ MƏLUM OLDU
İQTİSADİYYAT
19:11 10.10.2018
4825

"GünayBank” ASC 2018-ci ilin 9 ayını 1 milyon 910 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, 2017-ci ilin eyni dövründə 2 milyon 79 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə, "GünayBank”ın qazancı 8,2% azalıb. 

 

Cari ilin yanvar-sentyabr dövründə "GünayBank”ın faiz gəlirləri 6 miyon 482 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,3% çoxdur. Bank 2017-ci ilin yanvar-sentyabr dövründə 5 milyon 170 min manat faiz gəliri əldə etmişdi.

 

Bankın kreditlər üzrə faiz gəlirləri ilə bərabər digər banklarda yerləşdirilmiş depozitlərdən gəlirləri də artıb.

 

Müqayisə olunan dövrdə "GünayBank”ın qeyri-faiz gəlirləri 5 milyon 565 min manatdan 7 milyon 75 min manata yüksəlib (27% artım).

 

Faizlər və onlara bağlı xərclər cari ilin yanvar-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 3 milyon 408 min manata, qeyri-faiz xərcləri isə 74,4% artaraq 4 milyon 816 min manata yüksəlib. Bankın əməkhaqqı xərcləri 690,5 min manatdan 1 milyon 466 min manata, bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər isə 856,7 min manatdan 1 milyon 649 min manata çatıb.

 

Cəmi gəlirlərdən cəmi xərclər çıxıldıqdan sonra "GünayBank”ın 5 milyon 333 min manat əməliyyat mənfəəti qalıb. 2017-ci ilin 9 ayında əməliyyat mənfəəti 5 milyon 117 min manat təşkil etmişdi.

 

"GünayBank” ehtiyatlara 3 milyon 423 min manat ayırdığından 9 ayı 1 milyon 909 min manat xalis mənfəətlə başa vurub. Bank ötən ilin 9 ayı ərzində ehtiyatlara 3 milıyon 37 min manat ayırmışdı.

 

"GünayBank”ın cəmi gəlirləri artsa da artan xərclər və ehtiyatlara ayırmalara görə qazancını artıra bilməyib.

 

KREDİT PORTFELİ CÜZİ ARTIB

 

Bankın müştərilərə verdiyi kreditlər ötən ilin Sentyabr ayının sonundakı 131 milyon 387 min manatdan 135 milyon 419 min manata çatıb.

 

BANK KİÇİLİB

 

30 Sentyabr 2018-ci il tarixində "Günay Bank" 173 milyon 761 min manat cəmi aktivlərə,111 milyon 874 min manat cəmi öhdəliklərə və 61 milyon 887 min manat cəmi balans kapitalına malik olub. Bank 30 Sentyabr 2017-ci il tarixində 177 milyon 66 min manat cəmi aktivlərə, 118 milyon 790 min manat cəmi öhdəliklərə və 58 milyon 275 min manat cəmi balans kapitalına malik idi.

 

30 Sentyabr 2018-ci il tarixində "Günay Bank"  61 milyon 738 min manat məcmu kapitala malik olub.

 

marja.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?