"Günay Bank"ın əmlakları hərraca çıxarılır

İQTİSADİYYAT
16:49 12.07.2024
201
İyulun 26-da "Əmlak Hərrac Mərkəzi" MMC-də ləğv prosesindəki "Günay Bank” ASC-nin daşınar əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.

Bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət 76 əmlakdan (keys, printer, seyf, notbuk, monitor, oturacaq, rəf, masa, kreslo, telefon, klaviatura, ventilyator, UPS) gedir. Əmlaklara ümumilikdə 11 461 manat qiymət qoyulub.

OXŞAR XƏBƏRLƏR